Abşeronda silah satan keçmiş `zek` tutuldu


20:48     05 Yanvar 2018 silah%20tutulub.jpg

Abşeron rayonunda odlu silah satan şəxs yaxalanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Abdullayev Masazır qəsəbəsi ərazisində nömrəsi silinmiş "Naqan" markalı tapançanı 250 manata satmaq istəyərkən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1427